Blog


Kimyanın dili. Kimyəvi adların etimologiyası - Minerallar, dağ suxurları, qiymətli daşlar

Kimyanın dili. Kimyəvi adların etimologiyası - Minerallar, dağ suxurları, qiymətli daşlar


 


Zümrüd. (rusca izumrud). Onun müasir adı Yaxın Şərqdən gəlib (türkcə zümrüd, farsca, ərəbcə zumurrud), köhnə rus adı isə “samaraqd” bir başa yunan smaragdos sözünə gedib çıxır.


Kaolin və kaolinit. Çin dilində kao lin - “yüksək yamac”. Kaolin, ağ gil (farfor hazırlamaq üçün yararlıdır) ilk dəfə tapıldığı yer belə adlanırdı. Sonralar ağ gildə fərdi mineral kaolinit Al2Si2O5(OH)4 aşkar olundu.


Karnallit. Mineral KCl · MgCl2 · 6H2O 1856-cı ildə ilk dəfə olaraq təsvir olunub, alman dağ mühəndisi və geoloqu Rudolf fon Karnallın (1804-1874) şərəfinə adlandırılıb.


 


Akvamarin. Berill mineralının digər növüdür, göyümtül-yaşıl rənglidir və adı da bundandır: latınca aqua marina – “dəniz suyu” deməkdir.


Aleksandrit. Bu gözəl mineral (xriroberillin Be Al2O4 nadir növü) şahzadə Aleksandrın şərəfinə adlandırılıb. Minerel 1834-cü ildə Uralda tapılıb və bəzi mənbələrə görə, bu aprelin 17-də olub. Həmin gün gələcək II Aleksandrın 18 yaşı olmuşdu və sədaqət andı içmişdi.


Almaz, brilliant. Yunanca damasma – “fəth etmə, bəzəmə”, damao – “dağıdıram”; uyğun olaraq, adamas – “dağılmaz, keçilməz” (maraqlıdır ki, ərəbcə al-mas – “ən möhkəm”) deməkdir. Qədimdə bu daşa qəribə xassələr aid edirdilər. Hesab edilirdi ki, məsələn, əgər çəkic və zindan arasına almaz kristalları qoyulsa, “daşlar hökmdarı” zədələnənə qədər onlar darmadağın olur. Əslində isə almaz olduqca kövrəkdir və zərbəyə heç cür davamlı deyil. “Brilliant” sözü isə çox da qədim deyil: Almazların brillianta çevrilməsini yalnız XVI əsrdə aşkar etdilər. Fransızca brilliant – “parıltılı” deməkdir.


 


Mineral aldadıcılar


Kimyaçılarda Hibbs soy adı bir mənalı olaraq termodinamikanın əsasını qoyanlardan biri, amerika alimi Cozay Uillard Hibbsin (1839-1903) adı ilə assosiasiya olunur. Lakin, hibbsit mineralı – alüminium hidroksid 1822-ci ildə digər alimin, mineroloq Corc Hibbsin (1776-1833) şərəfinə adlandırılıb. O, öz səyahətlərindən ABŞ-a o vaxt üçün ən böyük və 20 minə qədər nümunə olan kolleksiya gətirmişdir (Yel Universitetinə satılmışdı). Hibbsitin digər adı hidrarqillitdir; bu mineralın civəyə heç bir aidiyyəti yoxdur (latınca hidrargyrum): ad yunan hydor – “su” və argilas – “ağ fil” sözlərindəndir. Dağ suxuru arqillitin də adı eyni mənşədəndir. Hibbs reagenti isə - 2,6 - dixlorxion - 4 - xlorimid kağız və nazik təbəqəli xromatoqramları aydınlaşdırmaq üçün istifadə olunur; o, daha bir Hibbsin – Harri Dreyk Hibbsin (1872-1934) adı ilə adlandırılıb.


Hollandit (hollandite) mineralı Ba(MnIV, MnII)8O16 ABŞ-da, İsveçdə, Hindistanda geniş yayılıb, amma Hollandiyada yox. Və o, ingilis, Hindistan geoloji – kəşfiyyat xidmətinin direktoru ser Tomas Henri Xollandın (1868-1947) şərəfinə adlandırılıb.


 


Ametist. Kvarsın bənövşəyi növüdür. Qədimdə qiymətli daşa maqik (sehirli) xassələr aid edirdilər (və hələdə bəzi adamlar buna inanır). Beləki, fikirləşirdilər ki, gözəl bənövşəyi daşlar sərxoşluqdan qoruyur, xüsusən də əgər bu daşdan içki qabı hazırlanarsa. Yunanca methy – “şərab”, mehyein – “sərxoş olmaq”, methyskein – “kefləndirmək” deməkdir. Və inkar şəkilçisi ilə amethystos – “sərxoşluğa mane olan” deməkdir.


Antrasit. Yunanca anthrax “kömür” və “qara” deməkdir. Latınca “kömür” – “carbo”; carbunculus – carbo sözünün kiçiltmə formasıdır, başqa sözlə, “karbunkul”, hərfi mənada “kömürcük”.


 


Aqat. Yunanlar Achates adı ilə Siciliyadakı çayı adlandırmışdılar. Plininin “Təbii tarixinə” görə bu bərk, təbəqəli daş ilk dəfə olaraq həmin çayın sahillərində tapılmışdır.


Azurit. Tərkibi Cu3(CO3)2(OH)2 olan, başqa sözlə malaxitə qohum olan mis əsasi karbonat öz göy rənginə görə belə adlanıb. Latınca azura – “ultramarin” deməkdir. Latın dilinə bu söz ərəb dilindən gəlmişdir (al-lazaward), ərəblər isə onu fars dilindən götürmüşlər. Fars dilində lajward – “tünd göy” deməkdir.


 


Asbest, əhəng. Yunanca sbeno - “söndürürəm, söndürülmə” (inkar edici önşəkilçi ilə) asbestos - (“sönməmiş, sönməyən”) deməkdir. Orta əsrlərdə əlkimyaçılar yandırılması çox çətin olan mifik daşı belə adlandırırdılar. Yunanlar isə sönməmiş əhəngi belə adlandırırdılar. Sonra Böyük Plin sayəsində bu ad yanmayan mineral asbestə keçdi.


Asfalt . Bu mineralın yunanca adı (asphaltos -“dağ qətranı”) sphallein - “yıxılmağa səbəb olan” və inkar edici önşəkilçidən yaranmışdır. Qədimdə bu təbii bitumlar daş hörgüsündə əlaqələndirici kimi istifadə olunurdu ki, bu da divarı yıxılmaqdan qoruyurdu.


Bazalt. Bu tünd dağ suxurunun adı yunan sözü basanos (qədim misir mənşəli söz) - “məhək daşı” deməkdir. Aydındır ki, çox-çox qədimdə zərgərlər məhəng daşını qızıl məmulatlarının əyarını təyin etmək üçün istifadə edirdilər.


 


Bemit. Tərkibi AlO(OH) olan alüminium filizidir, alman geoloqu və paleontoloqu İohann Byemin (1857-1938) şərəfinə adlandırılıb.


Bentonit. Bu gilli alümoslikat mineralı ABŞ-da Montana ştatında Fort Bentonun yaxınlığındakı yatağın adı ilə adlandırılıb.


Bişofit. Maqneziumun təbii xlorididir MgCl2 · 6H2O alman kimyaçısı və geoloqu Karl Qustav Bişofun (1792-1870) adı ilə adlandırılıb.


Biryuza. Sözü piruz - “yenilməz, xoşbəxt” fars sözünə gedib çıxır. Biryuzun daha çox böyük yataqları indi İrandadır.


Bledit. Natrium-maqnezium ikiqat sulfatıdır. Na2Mg(SO4)2 · 4H2O alman kimyaçısı Karl Avqust Blyodun (1773-1820) adı ilə adlandırılıb.


 


 Boksit. Alüminium ilə zəngin olan dağ suxuru. Bu əsas Alüminium filizi (fransızca bauxite) Fransanın cənubunda yerləşən Le-Bo-de-Provans (Les-Baux-de-Provece) şəhərinin adı ilə adlandırılıb.


Qalenit. Qurğuşun sulfid, qurğuşun parıltısı PbS. Adını latın galena sözündən alıb. Plini qurğuşun filizini belə adlandırıb. Roma imperiyasında onun çıxarılması üçün şaxtalar mövcud idi.


Qalit. Daş duz NaCl ilə eynidir. Bu əhəmiyyətli mineral adını yunan hals-“duz” sözündən alıb.


Hematit. Bu mineralın (Fe2O3) digər adı qırmızı dəmir filizidir. O nazik təbəqələrdə və toz halında olduqda qan rəngində olur. Yunanca haima - “qan” deməkdir.


 


Kristal. Hələ qədim Alp dağlarında, müasir İsveçrənin ərazisində əbədi qarlar arasında olduqca gözəl, tamamilə rəngsiz, təmiz buzu xatırladan kristallat tapılmışdır. Antik naturalistlər bunu krystallos (yunanca “buz”) adlandırmışdır. Bu söz yunan kryos - “soyuq” sözündəndir. Hesab edirdilər ki, buz uzun müddət dağda qalaraq şiddətli şaxtada daşlaşır və sonrakı qızdırma zamanı ərimə qabiliyyətini itirir.


Bəzi kristallar dixroizmə malikdir – onlara müxtəlif bucaq altında baxdıqda müxtəlif rəngə malik olur.


 


 


Kvars. Silisiumun kristallik oksidi SiO2 Rus dilinə (həmçinin avropa dillərinə) alman dilindən gəlib. Alman dilində - Quarz ifadə olunur və onun etimologiyası məlum deyil. Ehtimal ki, alman dilinə çex mədənçilərinin dilindən düşüb; çex dilində tvrdý - “möhkəm, sərt” deməkdir.


Kvarsın bir neçə növü var. Onlardan biri kristobalitdir. O meksikada Serro-San-Kristobalda tapıldığından yerin adı ilə adlandırılıb. Koesit onu 1953-cü ildə sintez etmiş Amerika kimyaçısı Lorinq Koesin (1915-1973) adı ilə adlandırılıb. 1960-cı ildə isə təbii koesit Arizonda zərbə metorit kraterində kvarsa malik suxurda aşkar edilmişdir. Anoloji hadisə stişovit ilə də olub. Olduqca sıx gilli torpağın bu modifikasiyasını 1961-ci ildə Moskva Dövlət Universitetinin aspirantı S.M.Stişov olduqca yüksək təzyiq altında sintez etdi. Tezliklə Amerika geoloqları bu modifikasiyanı Arizon meteorit kraterində aşkar etdikdə onlar yeni mineralı stişovit adlandırdılar ki, bu da Stişovun vətənində skandala səbəb oldu.


 


Lyapis-Lazur. (lazurit göy rəngli alümoslikat mineralıdır). Lapis latın dilində “daş” (o cümlədən qiymətli) deməkdir, lazur – ərəb sözüdür, göy rəng, göy boya mənasındadır.


Malaxit. Misin əsasi karbonatıdır, mis yaşılıdır (CuOH)2CO3. Gözəl minerala adı Plini düşünmüşdür. O, yunan sözü malacha – “əməköməci”-dən düzəlmişdir; bu bitkinin parlaq yaşıl rəngi malaxitin rəngini xatırladır.


Monasit. Yunanca monazein – “tənha olmaq, təklənmək”. Monasit mineralı nadir torpaq elementlərinin fosfatıdır, həqiqətən də nadir hallarda rast gəlinir.


Muskovit. Slyuda qrupuna aid olan mürəkkəb alümoslikatdır KAl2[AlSi3O6](OH1F)2. Hələ XVI əsrdə Kareliyada slyuda çıxarılırdı və o, pəncərə şüşəsini əvəz edirdi. Avropada o vaxtkı Rusiyanı Moskovi adlandırırdılar, mineralın da adı buradandır; almanca Moskauer Glas “moskva şüşəsi” deməkdir.


 


Qranit və qranat. Qranitin - dənəvər, çox möhkəm dağ suxurunun adı latın granum - “dənə”, granatus - dənəvər” sözlərindəndir. “Qranula”, “qranaf” (meyvə) və hətta “qranata” eyni kökə malikdir. Qədim kütlə vahidi qran du buradandır (nə vaxtsa buğda dənəsinin kütləsinə aid edilib - 6,5 mq). Qranat mineralı rənginin narın qırmızı qabığına oxşadığı üçün belə adlanıb (əksər narlar qırmızı rəngdə olur).


Qudron. Termin fransız goudron - “qatran” sözündəndir (ərəb mənşəli sözdür).


Dolomit. Geniş yayılmış mineraldır, maqnezium və kalsiumun ikiqat karbonatıdır, fransız mineroloq və geoloqu Deoda de Dolomenin (1750-1801) şərəfinə adlandırılıb.


 


Mineral aldadıcılar


Butlerit mineralı (ingiliscə butlerite) FeIIISO4(OH)·2H2O 1928-ci ildə Amerika geoloqu Karl Lausen tərəfindən kəşf olunub, Arizona Universitetində olan Amerika geoloqu Monteqyu Batlerin (1881-1961) şərəfinə adlandırılıb. Lausen həmin ildə yaxın tərkibli yeni mineralı Fe2III(SO4)3·6H2O kəşf etdikdə məhz Batler təklif etmişdi ki, bu mineral Lausenin şərəfinə lausenit adlandırılsın. Necə deyərlər Batler Lausenin borcunu qaytarmışdır.


Vaqnerit mineralı Mg2PO4(F,OH) alman kompozitoru Vaqnerin şərəfinə yox, filiz yataqlarının müfəttişi F.M.fon Vaqnerin (1768-1851) şərəfinə adlandırılıb.


Vısoskit mineralı (Pd, Ni)S 1962-ci ildə Geoloji İnstitutun (İQEM) əməkdaşları A.D.Qenkin, İ.V.Muravyova və N.V. Tronova tərəfindən tapılıb və dağ mühəndisi Nikolay Konstantinoviç Vısotskinin (1864-1932) şərəfinə adlandırılıb. O, Norilsk qrupu yatağında ilk dəfə olaraq platini tapıb.


 


Zəylər. Əvvəllər bu termin yalnız alüminium kalium zəylərinə aid idi. Onları təbii minerallardan alırdılar, bu məqsəd üçün ən yararlı olan təbii mineral isə alunit idi. KAl3(SO4)2(OH)6. Təbii aluniti adətən rəngsiz kristallar şəklində tapırdılar və romalılar onu alumen adlandırırdılar. Alüminium elementinin müasir adı da bu sözdən yaranıb. Alunitdən alınan zəylər şirintəhər-turş büzücü dada malik idi, buradan da onların slavyan dillərində adları yaranmışdır; məsələn, rus dilində “kislota” (azərbaycan dilində “turşu”) polyak dilində – kwas; rus sözü “zakvaska” (azərbaycanca “maya”) – turş qıcqırma yaradan maddə deməkdir.


Kirelqur. Bu çöküntü dağ suxurunun adı alman Kiesel – “çaxmaq daşı” və Guhr – “boş torpaq çöküntüsü” sözlərindəndir.


Korund. Alüminiumun kristallik oksididir Al2O3. Rus dilinə bu bərk mineralın adı alman dilindən keçib. Avropa dillərinə isə bu söz Hindistandan gəlib. Hindistanda ənənəvi olaraq rubinlər çıxarılırdı; sanskritdə “rubin” – kurivinda, tamil dilində isə kurundam adlanırdı. Rubin – xrom əlavələri ilə rənglənmiş korunddur. “Najdak” (əlavələri olan korund) sözü isə çox güman ki, rus dilinə türk dilləri vasitəsi ilə iran dillərindən keçmişdir. Olduqca möhkəm silisium karbid SiC karborund adını almışdır – “karbo” və “korund” sözlərindən qısaldılmış şəkildə yaranıb.


Qeyd edək ki, rus dilində “najdak” azərbaycan dilində sumbata deməkdir.


 


Mineral aldadıcılar


Çexit mineralı PbFeIIVO4(OH) Praqadakı Karlov Universitetinin mineroloqu Frantişek Çexinı (1929-1995) soy adı ilə adlandırılıb. Çexit ilə çexoviçiti (Bi, Pb, FeII)2Te4O11 səhv salmaq olmaz. Çexoviçit adını Alma-Atadan olan mineroloq və geoloq Sergey Konstantinoviç Çexoviçin soy adından alıb.


Çildrenit mineralı FeIIAlPO4(OH)2×H2O 1823-cü ildə kəşf olunub və ingilis kimyaçısı və mineroloqu Con Corc Çildrenin (1777-1852) soy adı ilə adlandırılıb.


Şumaxerit mineralı Bi3O(VO4)2(OH) Bonn və Frayberq Universitetlərində minerologiya professoru olmuş Fridrix Şumaxerin (1884-1975) şərəfinə adlandırılıb.


 


Litium. 1817-ci ildə Berseliusun tələbəsi İsveç kimyaçısı Yuxan Avqust Arfvedson (1792-1841) minerallardan birində “o vaxta qədər təbiəti məlum olmayan” yeni qələvi aşkar edir. Müəllim onu lition adlandırmağı təklif edir, yunanca lithos – “daş”deməkdir. Bu ad ona görə verilir ki, artıq məlum olan natrium və kaliumdan fərqli olaraq bu qələvi ilk dəfə olaraq daşlar “səltənətində” tapılmışdır. 1818-ci ildə Qemfri Devi “litiondan” yeni metal aldı və onu litium adlandırdı.


Natrium. XVIII əsrdə “natron” adı yunan nitron sözünə qohumdur, mineral qələvi natrium hidroksid NaOH üçün möhkəmləndi. Latın dilində nitrum – “külçə qələvi duz, soda”. Hazırda tərkibi Na2CO3×10H2O olan mineral tərkib natron adlanır; trona – natrium karbonat və hidrokarbonata Na2CO3×NaHCO3×2H2O malik mineraldır; natronlu əhəng NaOH və CaO-in qarışığının trivial adıdır (ingiliscə soda lime); natronlu şora (çili şorası) natrium nitratdır. Qədim misirlilər balzamlaşdırma üçün natriumun duzlarının qarışığından istifadə edirdi və bu qarışıq “natrun” adlanırdı. Beləliklə, natrium və azot iki tamamilə oxşar olmayan element sən demə ümumi (əgər latın Natrium və Nitrogenium adından yaranırsa) mənşəyə malikdir. Elementin ingiliscə adı (sodium) ehtimal ki, ərəb suwwad sözündəndir. Ərəblər dəniz sahilində bitən və külü əksər bitkilərin külündən fərqli olaraq kaliumun karbonatına yox, natriumun karbonatına (sodaya) malik olur. Nə vaxtsa bu küldən çoxlu miqdarda soda alınırdı. Natriumun “soda” adı fransız dilində də (sodium), ispan və italyanca dilində (sodio) qalıb, alman dilində isə “natrium” – Natrium (isveç dilində də belə adlanır). Bu adı isveç kimyaçısı Y.Y.Berselius təklif etmişdir. Termin alman dilindən rus dilinə keçib.


Natrium üçün sodium adını ingilis kimyaçısı Qemfri Devi vermişdir. O, yeni metalı elektrolizin köməyi ilə almışdır.


 


Prit, xalkopirit, xalkogen, halogen, haloid. Pirit (kükürd və ya dəmir kolçedanı) FeS2 – qızılı rəngli, ən geniş yayılmış sulfid mineralıdır. Onun adı (yunanca pyr –“alov”, pyrites lithos – “daş”, “çaxmaq daşı ilə çıxarılan od”) daşa dəmir təsiri ilə döyməklə od almaq kimi köhnə üsul ilə əlaqədardır. Xalkopirit CuFeS2 (mis kolçedanı) misin ən çox yayılmış mineralıdır. Mineral adını yunan chalkos – “mis” və pyr – “alov” sözlərindən yaranmışdır. “Xalkogen” sözü isə oksigen, kükürd, selen və tellurun ümumi adıdır; təbiətdə bu elementlərin hamısı mis ilə birləşmələr əmələ gətirir və bu filizlərdən “mis doğula bilər” (yunanca genes – “doğulan, doğulmuş”) deməkdir. Uyğun olaraq hologen – “duz əmələ gətirən” (“duz” yunanca hals) deməkdir. Bu termin xlor qrupu elementlərinin xassələrini köhnəlmiş “haloid” termininə nəzərən daha yaxşı əks etdirir.


 


Surik (sülügən). Bu sözlə qırmızı rəngli minerallar və piqmentlər adlandırılır – Pb3O4 (qurğuşun suriki, qurğuşun sülügəni) və Fe2O3 (dəmir suriki, sülügəni). Surikov məşhur soy adı da buradandır. Nə vaxtsa ikona çəkən rəssamlar Rusiyada “Surik” adlanırdılar. Bu söz yunan mənşəlidir: syrikon – “suriya boyağı”, parlaq qırmızı qızılı çalarlı boyaq.


Umbra. Bu tünd-qəhvəyi təbii piqmentin adı latın umbre –“kölgə” sözündən yaranıb.


Xrizoberill – berillium alüminat BeAl2O4 – qızılı sarı qiymətli daşdır; sözün birinci yarısı yunan sözü chrysos – “qızıl” deməkdir. “Xrizantema” (hərfi mənada “qızıl çiçək” sözündə də bu kök var; yunanca “çiçək” – anthemon). Xrizoberillin bir növü optiki effektə görə pişik gözü adlanır; onun digər adı – simofandır, yunanca kyma – “dalğa” və phainein – “göstərir” deməkdir.


 


Xrizolit. Söz yunan mənşəlidir: chrysos – “qızıl”, lithos – “daş” deməkdir. Xrizolit (olivin) əslində qızılı yox, yaşıl rənglidir. İş ondadır ki, “xrizolit” adı əsrlər boyu müxtəlif mineralları adlandırmaq üçün istifadə olunub. Məsələn, xrizoberillin sarı növü, həmçinin topaz və sitrin (sarı kvars) belə adlanırdı.  


Selestin. Stronsiumun təbii sulfatıdır. Onun kristalları adətən mavi təhər rəngə boyanmış olur ki, bu da belə adlanmağa səbəb olmuşdur: italyan dilində celesitino – “səmavi mavi” deməkdir.


Sitrin. Mineral açıq-zeytunu rənginə görə belə adlandırılıb (bu mineralın rəngi, həmçinin bəzi sitrus bitkilərinin də rənginə oxşayır.


Çaoit və çaroit. Çaoit olduqca nadir mineraldır, karbonun çoxsaylı modifikasiyalarından biridir, meteoritin qrafitə malik suxura çırpılması nəticəsində əmələ gəlir. Mineral çin-amerika petroloqu Eduard Szinde Çjaonun (Çao, 1919-2008) şərəfinə belə adlandırılıb. Çaorit də nadir mineraldır, onun tərkibi belədir: K(Ca, Na)2Si4O10(OH, F)·H2O)·H2O. Belə bir fikir var ki, bu mineralın adı Yakutiyadakı Çara çayının adındandır. Həqiqətən də bu mineral bu çaydan kifayət qədər uzaqda, 70 km aralıda tapılıb, deməli onun adı çox güman ki, bu mineralın gözəl “heyranedici” rəngi ilə bağlıdır.


 


Mineral aldadıcılar


Dvornikit (nikelin sulu sulfatı NiSO4 · H2O) qəribə adlı mineral istənilən şəhər üçün vacib olan peşə ilə ümumi heç nəyə malik deyil. O, ABŞ-ın Geologiya İdarəsindən olan mineroloq Eduard Dvornikin (1920-2004) şərəfinə (o, ay suxurlarının tədqiqatçısı olmuşdur) adlandırılıb.


1987-ci ildə kəşf olunmuş civə mineralı kadırelit Hg4(Br,Cl)2O Çeçen Respublikasının prezidentinin şərəfinə yox, Tuvadakı Kadırelsk yatağının adı ilə adlandırılıb.


Mineral kobellitin Pb11(Cu,Fe)2(Bi,Sb)15S35 itlərə heç bir aidiyyəti yoxdur, o, 1839-cu ildə Bavariya mineroloqu və şairi Volfqanq Frans fon Kobellin (1803-1882) şərəfinə belə adlandırılıb. Yeri gəlmişkən, onu adlandıran İsveç mineroloqunun soy adı Setterberq olmuşdur.


Nekrasovit mineralı Cu26IV2(Sn, As, Sb)6S32 1984-cü ildə Özbəkistanda tapılıb və mineroloq, sibir və Uzaq Şərqin yataqlarının tədqiqatçısı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü İvan Yakovleviç Neksasovun (1919-2000) şərəfinə adlandırılıb.


 


Mineral – aldacılar. İş ondadır ki, bir çox mineralların adları çaşdıra bilir. Təsadüfi deyil ki, “aldadıcı” (buynuz aldadıcısı, sink aldadıcısı, kadmium aldadıcısı və s.) termini mövcuddur. Bu minerallara belə adı orta əsrlərdə filiz çıxaranlar vermişdilər (o vaxt məlum olan metalların filizləri hesab edərək). Buna bir misal – apatit mineralı. Daha bir misal – sfalerit (Zn, Fe)S. Yunanca sphallo – “yıxıram, aldadıram, çaşdırıram” deməkdir. Mineralın adı indi də, hətta kimyaçıları da aldada bilər. Azoproit mineralında bir dənə də olsun azot atomu yoxdur. Onun tərkibi belədir: (Mg, FeII)2 (FeIII, Ti, Mg) BO5. Mineral yer qabığının dərin sahələrini öyrənmək üzrə Beynəlxalq geoloji assosiasiyanın şərəfinə belə adlandırılıb. Fransızca Assosiation pour Ĺétude géologique des zones profondes de Ĺécorce terrestre (qsaldılmış olaraq AZOPRO). Mineral bu adı ona görə alıb ki, Assosiasiyanın 1969-cu ildə Assosiasiyanın konqresi üçün Baykal gölü üzrə yol göstəricisi tərtib edərkən tapılıb.


Minerallar arasında çox “aldadıcılar” var ki, insanların adı ilə adlandırılıb. Adamsitdən başlayaq. Birinci dünya müharibəsindən sonra qıcıqlandırıcı təsirli zəhərli maddə - adamsit C12H9AsClN böyük məşhurluq qazandı. Maddə onu sintez edən amerika kimyaçısı Rocer Adamsın (1889-1971) şərəfinə adlandırıldı. Əlbəttə, bu adamsit təbiətdə rast gəlinmir və adamsit mineralının onunla ümumi olan heç nəyi yoxdur. Mineral adamsit natrium – ittrium ikiqat karbonatdır. NaY(CO3)2·6H2O və Kanada geoloqu Frenk Douson Adamsın (1859-1942) şərəfinə belə adlandırılıb.


Fosfatlar qrupuna daxil olan nadir mineralın – berlinitin Berlin şəhərinə heç bir aidiyyəti yoxdur. Bu mineralın əsas yataqları İsveçdədir. Bu mineralı Lunda Universitetinin professoru, İsveç farmokoloqu Hils – İohan Berlinin (1812-1891) şərəfinə belə adlandırıblar.


 


Selitra (şora), soda. Bibliyada qədim yahudi sözü neter rast gəlinir. Buradan da yunan nitron və latın sözü nitrum, həmçinin nitrogenium – “azot”. Sal nitrum – “qələvi duz” termini belə yaranmışdır. Latın dilindən bu söz avropa dillərinə keçmişdir. Məsələn, ispan dilində alitre və alman dilinin dialektlərindən birində Salitler. “Soda”sözü isə ərəb mənşəlidir.


Silvin. Kalium xloridin bu mineralının adı leyden tibb professoru Fransisk Silvinin (1614-1672) adından yaranıb. O, təklif etmişdir ki, kalium xlorid dərman preparatı kimi istifadə olunsun. Bu dərman sal digestireus Sylreii – Silvinin qida həzmi duzu adını almışdır. Digər mineralın – silvinitin adı da buradandır (silvin və qalitin qarışığı).


 


Mineral aldadıcılar


Servantit SbIIISbVO4 və idalqoit PbAl3(AsO4)(SO4)(OH)6 İspaniyadakı Servantes və İdalqo yer adları ilə adlandırılıb.


Pəhriz saxlayanlar, həmçinin şəkərli diabet xəstələri şəkər əvəzedicisi sorbiti (bu şirin altı atomlu C6H14O6 tərkibli spirt qlysit adlanır) yaxşı tanıyırlar. Amma, az adam bilir ki, digər yeyilməyən sarbit də var, həm də bu mineralda Pb9Cu(Sb, As)11S26 beş elementdən dördü zəhərlidir. Bu mineral ingilis petroqrafı Henri Klifton Sorbinin (1826-1908) şərəfinə adlandırılıb.


Teorit mineralı İtaliya botanik professoru Neopolitan Universitetinin əməkdaşı, İtaliya Elmlər Akademiyasının prezidenti Mikel Tenorun (1781-1861) şərəfinə adlandırılıb. Onun yaxşı səslə oxuması haqqında tarix susur.


Kupfferitdə Mg7(Si4O11)2(OH)2 nə mis, nə dəmir yoxdur, o, Peterburq akademiki, kimyaçısı, fiziki və mineroloqu Adolf Yakovleviç (Adolf Teodor) Kupfferin (1799-1865) şərəfinə adlandırılıb.


 


Pirolizit. Yunanca pyr –“alov”, lysis – “təmizlik” deməkdir. Pirolizit mineralı (MnO2) qədim zamanlardan şüşəni rəngsizləşdirmək üçün istifadə olunur.  


Çöl şpatı – silikat minerallar qrupu. “Şpat” sözü alman feli spalten –“doğramaq, yarmaq, parçalanmaq” sözündəndir. Bu xassə çoxlu sayda kövrək mineralların ikinci adını müəyyən edir: kalsit – island şputı, flüorit – flüorit şpatı, barit – ağır şpat.


Rodonit. (xalq adı – qırmızı mineral) – çəhrayı rəngli mineral, mürəkkəb silikat (Mn,Fe,Mg,Ca)SiO3. Yunanca rhodon –“qızıl gül” deməkdir.


Sapfir. Bu daşın adının başlanğıcı qədim hind dilində sanipriya (hərfi mənada “Saturunun sevdiyi, Saturna gərəkli”, Sani (Şani) – Saturn planeti) və priya – “sevimli, xoşagələn, əziz” sözlərindən gəlir. Sonralar qədim yahudi sözü sappir şəklində yunan dilinə keçib (sappheiros) və oradan da avropa dillərinə (məsələn, ingiliscə sapphire).